“Azad edilmiş torpaqlarımızda müasir tələblərə cavab verən məktəblərin təməli qoyulub. Eyni zamanda Qarabağ Universiteti də tikiləcək”.
"Tehsil.biz"in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat, təhsil və elm komitəsinin üzvü Bəxtiyar Əliyev deyib.
O bildirib ki, “Gömrük Tarifi haqqında” qanuna əsasən, ölkəyə təhsil məqsədilə idxal olunan məhsullar 2 il müddətinə gömrük rüsumundan azad olunur:
“Bu, çox az müddətdir. Ya bu müddət artırılmalı, ya da azad olunmuş ərazilərdə məktəblər tikildiyi üçün bu qanuna yenidən baxılmalıdır. Çünki azad olunmuş ərazilərdə tikilən məktəblərin müasir avadanlıqlarla təmin edilməsi çox önəmlidir”.