Logo

Tərbiyəçi və defektoloq vəzifəsi üzrə işə qəbul üçün vakansiya seçimi BAŞLAYIR

30.09.2022 16:21 410 baxış
IMG

İnternat və internat tipli təhsil müəssisələrinə tərbiyəçi və defektoloq vəzifəsi üzrə işə qəbul üçün vakansiya seçiminə start verilir.

Bu barədə "Tehsil.biz"ə Təhsil İnstitutunun İnsan resursları mərkəzindən məlumat verilib.

Bildirilib ki, vakansiya seçimində iştirak etmək istəyən şəxslər bu linkə daxil olaraq müraciət edə bilərlər.

Vakansiya seçimi 3 oktyabr saat 11:00-dək davam edəcək.

Seçimlər zamanı müvafiq ixtisas üzrə baza təhsili, iş stajı və müraciət etdiyi vakansiya üzrə faktiki yaşayış yeri uyğun olan namizədlərə üstünlük veriləcək. Namizədlər yuxarıda qeyd olunan linkə daxil olaraq müvafiq xanaları doldurduqdan sonra 1 vakant yer seçimi edə bilərlər.

Növbəti mərhələdə uyğun hesab edilən namizədlər üçün müsahibə mərhələsi təşkil olunacaq. Qeyd edək ki, müsahibə zamanı namizədlərin müvafiq sahə üzrə bilik və bacarıqları yoxlanılacaq.

Xəbər lenti