Logo

Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

30.09.2022 16:32 255 baxış
IMG

Azərbaycanda son gündə koronavirus əleyhinə 874 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Tehsil.biz"ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 364, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 130, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 319, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 61 nəfərdir.

Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 890 389 təşkil edir.

Xəbər lenti