2021-ci ilin fevral ayından 2022-ci il sentyabrın 16-dək 1952 nəfər şəhid və hərbçi ailə üzvü, qazi, müharibə iştirakçısı Elm və Təhsil Nazirliyinə tabe müəssisələrdə digər pedaqoji vəzifələrdə (təsərrüfat müdiri, kitabxana müdiri, kitabxanaçı, laborant, UBTR və digər işlər) işlə təmin olunub.
Bu barədə "Tehsil.biz"ə Nazirlikdən məlumat verilib.
Bildirilib ki, onlardan 665 nəfəri cari ildə işə qəbul edilib.