Logo

"Həyat sığortası-praktiki kazuslarla" mövzusunda təlim keçirilib

30.09.2022 18:44 390 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) və “Paşa Həyat Sığorta” ASC arasında imzalanmış əməkdaşlıq haqqında memoranduma uyğun olaraq BDU-da tələbələr üçün "Həyat sığortası - praktiki kazuslarla" mövzusunda növbəti təlim keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbiri giriş sözü ilə açan BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun baş mütəxəssisi İlkin Şərifov sektorun fəaliyyəti, tələbələr üçün təşkil ediləcək təlim və seminarlar haqqında məlumat verib. Sığorta şirkətlərinin inkişafının əmək bazarında yaratdığı rəqabətliliyi qeyd edən İlkin Şərifov tələbələri təlimdə aktiv iştirak etməyə səsləyib.

“Paşa Həyat Sığorta ASC”nin Hüquq departamentinin direktoru, BDU-nun məzunu Səbuhi Göyüşov isə tələbələri sığortanın tarixi, mövcud vəziyyəti haqqında məlumatlandırıb. Əmək bazarında gündəlik baş verən praktik kazusları qeyd edən təlimçi iştirakçıların mövzu ətrafında çoxsaylı suallarını cavablandırıb.

Sonda təlimdə fəal iştirak edən tələbələrə şirkət tərəfindən həvəsləndirici hədiyyələr təqdim edilib.

Xəbər lenti