Logo

BDU-da davam edən Beynəlxalq yay məktəbində 40-dək elmi məruzə dinlənilib

30.09.2022 19:01 294 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) və “VolkswagenStiftung” Fondunun birgə təşkilatçılığı ilə “Kvant elminin və texnologiyasının müasir trendləri: kvant materiallarından kvant informasiyasına qədər” mövzusunda Beynəlxalq yay məktəbi davam edir.

Tehsil.biz xəbər verir ki, sentyabrın 23-dən başlayan yay məktəbində ümumilikdə 40-dək məruzə dinlənilib.

İtaliyanın İnsubria Universitetinin professoru Giulio Casati, İsrailin Təl-Əviv Universitetinin professoru Boris Malomed,  Portuqaliyanın Lissabon Universitetinin professoru Yasser Omar, Gürcüstanın İlya Dövlət Universitetinin professoru George Japaridze, Özbəkistanın Çirçik Dövlət Pedaqoji İnstitutunun professoru Saparboy Rahmonov, Almaniyanın Düsseldorf  Heinrich Heine Universitetinin professoru Reinhold Egger, Niderlandın Leiden Universitetinin professoru Carlo Beenakker, Özbəkistan Milli Universitetinin professoru Mashrab Akramov, Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin professoru Mikhail Kiselev, BDU-nun kiçik elmi işçisi Lalə Qəhrəmanlı, Yunanıstanın Afina Milli və Kapodistrian Universitetinin professoru Aikaterini Mandilara, Krit Universitetinin professoru George Tsironis, BDU-nun gənc tədqiqatçısı Fidan Əhmədova, Türkiyənin Ankara Universitetinin professoru İmam Əsgərbəyli, Kanadanın Kalqari Universitetinin professoru Barry Sanders, İsrailin Weizmann Elm İnstitutunun professoru Yuval Gefen, BDU-nun alimi Məhəmməd Bağır Bağırov yay məktəbində kvant fizikasının müxtəlif aspektlərinə aid məruzələr deyiblər.

Sonda iştirakçıların əldə etdiyi biliklərin qiymətləndirilməsi məqsədilə müsabiqə keçiriləcək. Məktəbi uğurla bitirən iştirakçılara sertifikatlar veriləcək.

Xəbər lenti