Logo

Ulu Öndər Heydər Əliyevin rəsminin əks olunduğu köynək yararsız hala salındı - Universitetdən AÇIQLAMA

08.02.2021 15:33 1714 baxış
IMG

Qərbi Kaspi Universitetinin açıqlaması

 

Qərbi Kaspi Universiteti olaraq Ulu Öndər Heydər Əliyevin rəsminin və İDEYA təşkilatının loqosunun əks olunduğu köynəyin yararsız hala salınmasını əks etdirən fotonu gördükdə üzüldük və təəssüf hissi keçirərək bildiririk ki, bu fotonun universitetdə çəkilib-çəkilməməsi ilə bağlı araşdırma aparılır.

 

Qərbi Kaspi Universiteti fəaliyyətə başladığı ilk gündən Azərbaycan dövlətinin taleyində, onun mənəvi-siyasi və ictimai həyatında misilsiz xidmətləri olan, həyatının bütün dövrlərində həmişə öz xalqı ilə birlikdə olan, onun bir millət və dövlət kimi inkişafı naminə həyatını belə əsirgəməyən Ümummili Lider Heydər Əliyevin rəhbərliyi altında təhsil sahəsində ölkədə aparılan islahatlarda yaxından iştirak etmiş, onun elm, təhsil və gənclərə olan diqqət və qayğısından yararlanmışdır.

 

Qərbi Kaspi Universiteti müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin, möhtərəm Prezidentimiz İlham Əliyevin ənənələrinin, siyasi kursunun təbliğinə daim xüsusi diqqətlə yanaşmış, dahi liderin Azərbaycan xalqının xoşbəxt və firavan gələcəyi yolunda əvəzsiz xidmətlərinin gənc nəsilə çatdırılmasına səylə çalışmış, daim bu siyasətin dəstəkçisi olmuş, İDEYA hərəkatının keçirdiyi tədbirlərin fəal iştirakçısı olmuşdur.

 

Hansısa narazı qalmış tələbənin və ya digər şəxsin bu fotodakı situasiyanı provakasiya məqsədilə hazırladığı və fotosunu çəkdiyi şübhə doğurmur. Fotoda köynəyin hər iki tərəfinin çevrilərək çəkilməsi bu əməlin məqsədliliyindən xəbər verir – istisna deyil ki, şəxs köynəyi özü ilə gətirərək, belə bir situasiya hazırlayıb və fotosunu çəkib.

 

Faktla bağlı Qərbi Kaspi Universiteti hüquq-mühafizə orqanlarına müraciət edib.

 

Bir daha Ulu Öndər Heydər Əliyevin ruhu qarşısında baş əyir, hörmətli Prezidentimizə və ailəsinə dərin ehtiramımızı ifadə edirik və gördüyümüzdən iztirab və üzüntü keçiririk.

 

 

Xəbər lenti