Logo

Təhsil tələbə krediti barədə məlumatlandırıcı görüşlər keçirilib

30.09.2022 20:30 278 baxış
IMG

Mingəçevir Dövlət Universiteitinin (MDU) Tədris şöbəsinin təşkilatçılığı ilə təhsil, mühəndislik, iqtisadiyyat və idarəetmə fakültələrində, Magistratura və Doktorantura Təhsil Mərkəzində təhsil alan tələbələr üçün təhsil tələbə krediti barədə məlumatlandırıcı görüşlər keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşlərdə MDU-nun Tədris şöbəsinin əməkdaşları təhsil tələbə kreditinin növləri və onlardan istifadə hüququ, kreditin verilməsinə dair tələblər, tətbiq edilən güzəştlər və müraciət proseduru haqqında ətraflı məlumatlar verib və təqdim olunan sualları cavablandırıblar.

Xəbər lenti