Logo

ATMU tələbələri xarici ölkələrdə istehsalat təcrübəsi keçəcəklər

30.09.2022 21:35 276 baxış
IMG

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlıq və mədəniyyət müşaviri Şarl Dönie ilə görüş keçirilib.

Bu barədə ATMU-dan bildirilib.

Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa və mütəxəssis İranə Məmmədcanovanın qatıldığı görüşdə ATMU ilə Fransanın universitetləri arasında əməkdaşlıq imkanları, beynəlxalq təhsil layihələrində birgə iştirak, Fransada tələbələr üçün istehsalat təcrübəsinin təşkili və s. məsələlər müzakirə olunub.

Digər görüş isə Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinə yeni təyin olunan rəhbəri Ufuk Turganerlə keçirilib. Görüşdə ATMU tələbələrinin Şimali Kipr Türk Respublikasında istehsalat təcrübəsi keçmə imkanları müzakirə edilib.

Xəbər lenti