Logo

“Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası” çapdan çıxıb

01.10.2022 11:43 227 baxış
IMG

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanmış “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası” çapdan çıxıb.

Tehsil.biz xəbər verir ki, dörd dildə (Azərbaycan, türk, rus və ingilis dillərində) tərtib olunmuş “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”nda Qarabağ dialektini və Şərqi Zəngəzur şivələrini əhatə edən minə yaxın yaşayış məntəqəsinin 692-si kodlaşdırılıb. “Atlas”da 278 xəritə, hər xəritə üçün yazılmış xüsusi şərh, atlasın tərtibində istifadə olunmuş proqram, tədqiq edilmiş yaşayış məntəqələrinin və müsahibəyə cəlb olunmuş informatorların siyahısı, informatorların səsi yazılmış kompakt disk yer alıb. Bununla yanaşı, ekspedisiya müddətində informatorlarla söhbət zamanı çəkilmiş, həmçinin Qarabağın və Şərqi Zəngəzurun tarixini, etnoqrafiyasını, təbiət mənzərələrini, erməni vandalizmi və saxtakarlığını, I və II Qarabağ müharibələrini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətini və onun rəhbərliyi ilə qazanılmış tarixi Zəfəri əks etdirən şəkillər əksini tapıb.

“Atlas”da izoqlos yaradan dialekt xüsusiyyətlər şərti işarələrlə verilib və onların yayılma arealı müəyyənləşdirilib.

Xəbər lenti