Logo

Müsahibələrdə uğur qazanmış 419 nəfər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib

01.10.2022 11:49 295 baxış
IMG

Əlli iki dövlət orqanında mövcud olan 282 vakant vəzifə üzrə (B növü) iyunun 13-dən başlanan müsabiqənin müsahibə mərhələsi davam edir.

Dövlət İmtahan Mərkəzindən Tehsil.biz-ə bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 4233 nəfər müraciət edib. Bu gün saat 10:20-dək olan məlumata görə, 419 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

Müsabiqənin müsahibə mərhələsi oktyabrın 14-də başa çatacaq.

Xəbər lenti