Logo

BDU-da keçirilən beynəlxalq yay məktəbində 40-dək elmi məruzə dinlənilib

01.10.2022 11:53 263 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) və “VolkswagenStiftung” Fondunun birgə təşkilatçılığı ilə “Kvant elminin və texnologiyasının müasir trendləri: kvant materiallarından kvant informasiyasına qədər” mövzusunda beynəlxalq yay məktəbi davam edir.

Bu barədə Tehsil.biz-ə BDU-dan məlumat verilib.
Sentyabrın 23-dən başlayan yay məktəbində ümumilikdə 40-dək məruzə dinlənilib.
İtaliyanın İnsubria Universitetinin professoru Giulio Casati, İsrailin Təl-Əviv Universitetinin professoru Boris Malomed, Portuqaliyanın Lissabon Universitetinin professoru Yasser Omar, Gürcüstanın İlya Dövlət Universitetinin professoru George Japaridze, Özbəkistanın Çirçik Dövlət Pedaqoji İnstitutunun professoru Saparboy Rahmonov, Almaniyanın Düsseldorf Henrix Hayne Universitetinin professoru Reinhold Egger, Niderlandın Leiden Universitetinin professoru Karlo Beenakker, Özbəkistan Milli Universitetinin professoru Mashrab Akramov, Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin professoru Mikhail Kiselev, BDU-nun alimi Məhəmməd Bağır Bağırov, kiçik elmi işçisi Lalə Qəhrəmanlı, gənc tədqiqatçısı Fidan Əhmədova, Yunanıstanın Afina Milli və Kapodistrian Universitetinin professoru Aikaterini Mandilara, Krit Universitetinin professoru George Tsironis, Türkiyənin Ankara Universitetinin professoru İmam Əsgərbəyli, Kanadanın Kalqari Universitetinin professoru Barry Sanders, İsrailin Veizmann Elm İnstitutunun professoru Yuval Gefen yay məktəbində kvant fizikasının müxtəlif aspektlərinə aid məruzələr söyləyiblər.

Sonda iştirakçıların əldə etdiyi biliklərin qiymətləndirilməsi məqsədilə müsabiqə keçiriləcək. Məktəbi uğurla bitirən iştirakçılara sertifikat veriləcək.

Xəbər lenti