Logo

“Öyrən, qalib ol!” marafonu davam edir

01.10.2022 13:22 270 baxış
IMG

Elm və Təhsil Nazirliyinin “Öyrən, qalib ol!” adlı sosial media marafonu davam edir.

Nazirlikdən bildirilib ki, marafonun təşkilində məqsəd öyrənmənin, təhsilin qələbə üçün vacibliyini göstərmək, həmçinin şagirdlərin uğur hekayələrinin paylaşılmasına dəstək olmaqdır.

44 günlük Vətən müharibəsində əldə olunan Qələbəyə həsr olunan marafonda 5-11-ci sinif şagirdləri iştirak edə bilərlər.

Bunun üçün şagirdlər sosial media hesablarında #Öyrənqalibol həştəqi ilə öz öyrənmə təcrübələri barədə paylaşımlar edə bilərlər.

Paylaşım foto və ya video formatında olmalıdır. Paylaşımda şagird özü haqqında zəruri məlumatları (ad, soyad, oxuduğu məktəb və sinif) qeyd etməli və öyrəndikləri barədə məlumatı dolğun çatdırmalıdır.

Xəbər lenti