Logo

"Təhsildə davamlı keyfiyyət təminatı" adlı beynəlxalq konfrans başa çatıb

01.10.2022 13:47 237 baxış
IMG

30 sentyabr 2022-ci il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə Baku Marriott Boulevard Hoteldə “Təhsildə davamlı keyfiyyət təminatı" adlı  Beynəlxalq Konfrans öz işini yekunlaşdırıb.

Tehsil.biz xəbər verir ki, iki gün davam edən konfransın əsas məqsədi təhsildə keyfiyyət təminatı sahəsində qabaqcıl təcrübənin öyrənilməsi, ümumi və ali təhsil pillələrində daxili və xarici keyfiyyət təminatı siyasəti eləcə də mexanizmlərinin təkmilləşdirilməsi, bu iki təhsil pillələri arasında keyfiyyət təminatı sahəsində əlaqələrin qurulmasından ibarət olub. 

Konfransın ikinci günü iştirakçılar ali təhsildə daxili və xarici keyfiyyət təminatı sisteminin Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlara (ESG) uyğun təşkil edilməsi, ümumi və ali təhsil pillələri arasında keyfiyyət təminatının davamlılığının təmin edilməsi barədə müzakirələr aparıblar.  Eləcə də beynəlxalq ekspertlər tərəfindən praktik təlimlər keçirilib.

Bununla yanaşı, təhsildə keyfiyyət təminatı sahəsi üzrə həyata keçirilən layihələrdə və təcrübə mübadiləsində əməkdaşlıq məsələlərinə də toxunulub və tədbir iştirakçılarının sualları cavablandırılıb.

Xəbər lenti