Logo

Xəzər Universitetinin tələbələri Tarix Muzeyində

01.10.2022 16:33 314 baxış
IMG

Xəzər Universitetinin Humanitar, təhsil və sosial elmlər fakültəsinin tarix müəllimliyi ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələri Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər.

Bu barədə Tehsil.biz-ə muzeydən məlumat verilib.

Muzeyin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov tələbələri Şuşa şəhərinin tarixinə həsr olunmuş sərgi zalı ilə tanış edib. O, eyni zamanda, Vətən müharibəsi fondu haqqında ətraflı məlumat verib.

Sonra tələbələr “Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti” və “Silahın mistik gözəlliyi (XVI-XIX əsrlər Azərbaycan silahı)” adlı sərgilərlə tanış olublar.

Xəbər lenti