Logo

Şamaxı Astrofizika Rəsədxanasının Elmi şurasının növbəti iclası keçirilib

01.10.2022 17:43 189 baxış
IMG

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Elmi şuranın növbəti iclası keçirilib.

Bu barədə Tehsil.biz-ə rəsədxanadan məlumat verilib. Bildirilib ki, elmi şuranın sədri, AMEA-nın müxbir üzvü Namiq Cəlilov gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

İclasda 2022-2023-cü tədris ilində rəsədxananın magistraturasına qəbul olmuş gənclərə astronomiya və astrofizika sahəsində böyük nailiyyətləri olan görkəmli elm xadimləri haqqında məlumat verilib. Rəsədxanada aparılan elmi tədqiqatlarda aparıcı alimlərlə yanaşı, gənclərin iştirakı xüsusi vurğulanıb.

Sonra magistrantların elmi rəhbərləri mövzuları, o cümlədən 2022-2023-cü illər üzrə tədris planı müzakirəyə çıxarılaraq təsdiq olunub.

Rəsədxananın Çex Respublikasından elmi ezamiyyətdən qayıdan əməkdaşı, Qoşa ulduzlar və eruptiv proseslər şöbəsinin müdiri Səbinə Məmmədovanın hesabat çıxışı dinlənilib və qəbul edilib.

Xəbər lenti