Logo

AzTU-da “SABAH Magistratura” proqramı üzrə müəllimlərin işə qəbulu aparılır

01.10.2022 19:18 241 baxış
IMG

Azərbaycan Texniki Universitetində (AzTU) “SABAH Magistratura” proqramının logistika və nəqliyyat ixtisaslaşması çərçivəsində 2022/2023-cü tədris ilinin payız və yaz semestrləri üzrə müəllimlərin işə qəbulu aparılır.
Universitetdən Tehsil.biz-ə bildirilib ki, logistika və nəqliyyat, nəqliyyatda daşımaların təşkili, nəqliyyat texnologiyaları, iqtisadiyyat, statistika, biznesin idarə olunması, maliyyə, mühəndislik, informasiya və kommunikasiya texnologiyaları sahələrində azı magistr dərəcəsi olan namizədlər müraciət edə bilərlər.
Xaricdə təhsil almış namizədlər diplomlarının nostrifikasiya sənədlərini təqdim etməlidirlər.

Xəbər lenti