Logo

Gömrük Akademiyası ilə “Karmasis Azərbaycan” şirkəti arasında görüş keçirilib

01.10.2022 19:41 111 baxış
IMG

Dövlət Gömrük Komitəsinin Akademiyasında “Karmasis Azərbaycan” şirkəti ilə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov, Akademiyanın əməkdaşları, Karmasis Azərbaycanın baş meneceri Berna Baysal və Karmasis Türkiyənin Biznes İnkişaf meneceri Burak Baysal iştirak ediblər.

Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov qonaqları salamlayaraq onları rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu bildirib. 

Akademiyada tədris prosesinin təşkili barəsində məlumat verən Qulu Novruzov, müasir dövrümüzdə İT sahəsi üzrə kadr hazırlığının əhəmiyyətindən bəhs edib. Akademiya rəisi Azərbaycan ilə Türkiyə arasında mövcud olan səmimi dostluq və qardaşlıq əlaqələrindən söz açaraq təhsil sahəsində əməkdaşlığın vacibliyini də qeyd edib.

Dövlət Gömrük Komitəsinin Akademiyasında olmaqdan məmnunluğunu bildirən Karmasis şirkətinin nümayəndələri səmimi qonaqpərvərliyə görə Akademiya rəhbərliyinə öz təşəkkürlərini bildiriblər. Karmasis Azərbaycanın baş meneceri Berna Baysal təmsil etdiyi şirkət haqqında ətraflı məlumat verərək 2003-cü ildən fəaliyyət göstərən, yerli kapitalla kibertəhlükəsizlik məhsulları inkişaf etdirən və özəl həllər təqdim edən türk şirkəti Karmasisin yaranma konsepsiyası və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Kibertəhlükəsizlik sahəsində nəzəri biliklərlə yanaşı praktiki biliklərin önəmini vurğulayan Berna Baysal qarşılıqlı maraq doğuran sahələr üzrə birgə fəaliyyətin hər iki tərəf üçün səmərəli olacağını əminliklə qeyd edib.

Görüşdə tərəflər arasında qarşılıqlı şəkildə layihə, seminar və müzakirələrin təşkili, həmçinin tələbələrin bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin, dünyagörüşlərinin inkişafına dəstək göstərilməsi və s. məsələlər müzakirə edilib.

Sonda qonaqlar Akademiyada yaradılan şəraitlə ilə yaxından tanış olublar.

Xəbər lenti