Logo

BANM-in tələbələri “Dəmir Ay” Təqaüdünə layiq görülüblər - FOTOLAR

01.10.2022 20:37 398 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) yeddi tələbəsi AGA Şirkətlər Qrupunun “Dəmir Ay” təqaüdünün qalibi olublar.

Tehsil.biz xəbər verir ki, onlar Kimya mühəndisliyi ixtisasının 4-cü kurs tələbələri Aysu Zamanova, Ləman Əlipaşayeva və Aydan Quliyeva, 5-ci kurs tələbəsi Taliyə Məmmədhəsənzadə, Neft-qaz mühəndisliyi ixtisasının 4-cü kurs tələbəsi Səfurə Orucova, İnformasiya təhlükəsizliyi ixtisasının 5-ci kurs tələbəsi Əsra Bayramova və Proseslərin avtomatlaşdırılması ixtisasının 5-ci kurs tələbəsi Sona Mehdizadədir.

Tələbələr bu uğuru akademik nailiyyətlərinə görə qazanıblar. 

Bu təqaüd proqramı Azərbaycan universitetlərində təhsil alan və ya xarici universitetdən qəbul almış Azərbaycan vətəndaşı olan qadınlar üçün nəzərdə tutulub. Təqaüdün məqsədi mühəndislik sahəsində təhsil alan tələbələrə dəstək olmaqdır. Sentyabr ayının qalibi olan BANM tələbələri bir semestr ərzində bu təqaüdü alacaqlar.

Xəbər lenti