Logo

Dörd yaşlı uşaq dördüncü mərtəbədən yıxılaraq öldü

02.10.2022 11:21 259 baxış
IMG

Bakının Nizami rayonunda ehtiyatsızlıqdan dördüncü mərtəbədən yıxılan 4 yaşlı uşaq xəstəxanada dünyasını dəyişib.

Tehsil.biz "Report"a istinadən xəbər verir ki, 2018-ci il təvəllüdlü azyaşlı yaşadığı mənzilin eyvanından yıxılıb.

Ağır xəsarətlər alan uşaq təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin təfərrüatı araşdırılır.

Xəbər lenti