Logo

Dünyada koronavirusa yoluxanların sayı 618 milyon nəfərə çatır

02.10.2022 12:15 283 baxış
IMG

Dünyada koronavirusa yoluxanların sayı 617 879 815 nəfərə çatıb.

Tehsil.biz xəbər verir ki, bu barədə Amerikanın Cons Hopkins Universiteti məlumat yayıb.

Dünyada virusun yayılmasının başlanğıcından indiyədək COVID-19 infeksiyasının nəticələrindən 6 milyon 546 min 448 nəfər dünyasını dəyişib.

30 milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Braziliya, Fransa və Almaniya var.

Xəstəliyə yoluxanların və infeksiyanın nəticələrindən ölənlərin sayı:

- ABŞ - 96,3 milyon və 1,6 milyon;
- Hindistan - 44,6 milyon və 528,6 min;
- Fransa - 35,6 milyon və 156,1 min;
- Braziliya - 34,6 milyon və 686,3 min;
- Almaniya - 33,3 milyon və 150,6 min.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST 2020-ci il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti