Logo

Bakı Ali Neft Məktəbinin tələbələri “GeoLand” layihəsini təşkil ediblər

02.10.2022 18:23 320 baxış
IMG

Neftçi Mühəndislər Cəmiyyətinin Bakı Ali Neft Məktəbi (SPE BHOS) bölməsi “Neftçilər günü” münasibəti ilə “GeoLand” layihəsini təşkil edib.

Tehsil.biz xəbər verir ki, tələbələri geologiya sahəsi üzrə məlumatlandırmaq məqsədi daşıyan layihə çərçivəsində infosessiya  və 4 sahə gəzintisi həyata keçirilib. 

İnfosessiya geoloq Zöhrə Hacızadə tərəfindən təqdim olunub.

Tələbələr sahə gəzintiləri zamanı Milli Geologiya Muzeyi,  Azlab,  Daşgil Palçıq Vulkanları və Yasamal Dərəsinə olublar.  

Gəzintilərdə professor Rauf Nadirov, geoloqlar Elvin Allahverdiyev, Vüqar İsmayılov və bələdçi Səbinə Camalova məruzələrlə çıxış ediblər.

Sahə gəzintilərinin koordinatorları BANM-nin Neftçi Mühəndislər Cəmiyyətinin üzvləri Malik Sultanov, Səfurə Orucova, Aydın Şirinov, Nicat Səfərəliyev, Gülüstan Kərimova və Firuzə Əzizova olub.

Xəbər lenti