Logo

UNEC-də təkrar ali təhsil üçün sənəd qəbulunun vaxtı uzadılıb

02.10.2022 19:36 280 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2022/2023-cü tədris ili üzrə təkrar ali təhsil almaq üçün sənəd qəbulunun vaxtı oktyabrın 15-dək uzadılıb.

Tehsil.biz xəbər verir ki, bakalavriat pilləsində ümumilikdə 22 ixtisas üzrə təkrar ali təhsil üçün ödənişli əsaslarla tələbə qəbulu həyata keçirilir. Universitetin Zaqatala filialında isə qəbul 8 ixtisas üzrə aparılır.

Qəbul olmaq istəyənlər sənədlərini yalnız elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququ qazanırlar.

Qeyd edək ki, 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.

Xəbər lenti