Logo

İkili diplom proqramının professor-müəllim heyəti ilə görüş keçirilib

03.10.2022 09:35 103 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Unviersitetinin (ADAU) rektor əvəzi Zəfər Qurbanov Türkiyənin Ege Universiteti ilə birgə həyata keçirilən ikili diplom proqramı çərçivəsində fənn tədris edən Türk müəllimlərlə görüş keçirib.

Tehsil.biz xəbər verir ki, görüş zamanı birgə tədqiqat layihələrinin həyata keçirilməsi, məzunların işlə təmin olunması və tədrisin keyfiyyəti ilə bağlı bir çox məsələlər müzakirə olunub.

Rektor əvəzi Z.Qurbanov ikili diplom proqramında təhsil alan tələbələrdən gözləntilərin böyük olduğunu bildirib. O deyib ki, bu proqram çərçivəsində təhsil alan tələbələr gələcəyin yüksəkixtisaslı kənd təsərrüfatı mütəxəssisi kimi yetişməli və ölkənin qeyri-neft sektorlarında olan aqrar sahənin inkişafına öz töhfələrini verməlidirlər.

Qarşılıqlı müzakirə şəraitində keçən görüşdə fikir və təkliflər dinlənilib, suallar cavablandırılıb.

Xəbər lenti