Logo

“Ailə-məktəb əməkdaşlığı” layihəsinə start verilib - FOTOLAR

03.10.2022 09:53 612 baxış
IMG

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsinin qalib layihələrindən biri olan “Ailə-məktəb əməkdaşlığı” layihəsi sentyabr ayının 15-də Cəbrayıl rayon 22 saylı ümumi orta məktəbdə icra olunmağa başlayıb.

Tehsil.biz xəbər verir ki, layihənin rəhbəri Nuranə Aslanova açılış tədbirini edərək layihənin məqsəd və vəzifələrindən bəhs edib.

Layihədə əsas diqqəti çəkən məqam ailə və məktəbin qarşılıqlı əlaqəsi barədədir. Belə ki, ümumtəhsil müəsisəsinin idarə olunmasında və fəailiyyətinin qurulmasında həmçinin təlim-tərbiyə prosesinin səmərəli təşkilində ailələrin-valideynlərin rolu əsasdır. Təlimçi Bakı şəhəri Xəzər rayonu 136 nömrəli məktəbin təlim-tədris işləri üzrə direktor müavini Əli Mehdiyev öz nitqində xüsusi diqqəti məktəbin əsas vəzifələrinə çəkərək ailələr ilə birlikdə qarşılıqlı əlaqədə uşağın hərtərəfli inkişafını təmin edilməsini vurğulayıb.

Nəzərə alsaq ki, hər bir ailənin özünəməxsus reproduktiv, təsərrüfat-iqtisadi, tərbiyə, bərpaedici və s. funksiyaları vardır və funksiyalar qarşılıqlı əlaqələndirilir, deməli ailə funksiyaları ümumilikdə ictimai tarixi xarakter daşıyır.

Müəllimlərin, tərbiyəçilərin hər bir uşağın ailəsi ilə əməkdaşlıq qura bilməməsi, uşağın inkişafı və tərbiyəsi sahəsində ümumi və xüsusi problemlerin vaxtında diaqnostikasını aparmaması, ailədə və kollektivdə uşağın şəxsiyyət kimi inkişafını təmin edən mühitin yaradılmaması ciddi fəsadlara yol açır. Ailələrlə əlaqənin zəif qurulması, əməkdaşlığın aşağı səviyyədə olması nəticəsində şagirdin ümumi tərbiyə mühitindən ayrı düşməsinə səbəb olmaqla zərərli vərdişlərə meyl etməsinə gətirib cıxarır. Fəsadların aradan qaldırılması üçün məktəb-ailə əməkdaşlığı, fərdi və kollektiv formada qurulmalı, inkişaf etdirilməli, mütəmadi görüşlər keçirilməli, yığıncaq və iclaslar təşkil etməklə tərbiyə prosesinin səmərəliliyinin artırılması üçün fəaliyyətlər göstərilməlidir. Ailə üzvlərini tədris prosesinə cəlb etməklə formal və qeyri-formal metodlardan istifadə edərək ailə-məktəb pandemini vasitəsi ilə istər məktəbdə, istər ailədə bir-birini tamamlayan inkişafetdirici mühitin yaradılmasına və uğurla həyata keçirilməsinə çalışılmalıdır.

Layihənin eksperti Bakı şəhəri Nəsimi rayonu 44 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Təranə Nuriyeva valideynlərlə görüləcək işlərin əhəmiyyəti barədə maarifləndirmə işlərinin daim aparılmasını tövsiyyə edib.

Layihənin məqsəd və vəzifələri aşağıdakılardır:

1. Məktəb-ailə asossasiyasının yaradılması və onların işgüzar əməkdaşlığının təmin olunması;

2. Ailə və məktəblərdə düzgün tərbiyə vasitələrinin seçilməsi, fərdi yanaşma və tərbiyəetmənin üsullarının birgə tətbiqini həyata keçirmək;

3. Ailə və ictimaiyyətin iştirakı ilə birgə tərbiyə işinin fərdi və kollektiv formalarının  həyata keçirilməsinə nail olmaq;

4. Məktəbdə və ailədə inkişafetdirici mühitin yaradılması üçün faydalı fəaliyyətləri həyata keçirmək.

Xəbər lenti