Logo

Müəllim şagirdləri diz üstə çökdürdü - FOTO

03.10.2022 10:11 809 baxış
IMG

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli bələdiyyəsinin Qırıxlı kənd ictmai məktəbində müəllimin şagirdlərini cəzalandırma metodu ictimaiyyətin narazılığına səbəb olub.

Tehsil.biz “Aktual.ge”yə istinadən xəbər verir ki, Marneuli Bələdiyyəsinin kəndlərindən birində müəllim 4-cü sinif şagirdlərini cəzalandırıb.

Əldə edilən məlumata əsasən, 4-cü sinif şagirdlərini gürcü dili müəllimi Rəhman Musayev şagirdləri dərslərini yaxşı oxumadıqlarına görə sərt şəkildə cəzalandırıb. Belə ki, fotodan da göründüyü qədəri ilə müəllim 12-i nəfər şagirdi lövhənin qarşısında əllərində dəftərlə diz çökdürüb dərs keçib.

Rəhman Musayev uşaqları amansız cəzalandırması ilə yanaşı daha bir qanuna sığmayan addım atıb. O, şagirdləri diz üstə çökdürməsinin fotosunu çəkərək yaxınları ilə bölüşüb. Məsələ ilə bağlı Rəhman Musayev ilə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimizə cavab verməyib.

Marneuli Təhsil Resurs Mərkəzinin rəhbər səlahiyyətlərinin icraçısı Xanəli Qəhramanov isə sözügedən məsələnin doğru olduğunu deyib və məlumatı təsdiqləyib.

Məlumat üçün bildirək ki, Rəhman Musayev həm də hakim "Gürcü Arzusu"nun Marneuli Bələdiyyə Məclisindəki deputatıdır.

Xəbər lenti