Logo

Beynəlxalq Maarif Məktəblərinin açılış mərasimi keçirilib - FOTOLAR

03.10.2022 11:18 375 baxış
IMG

Oktyabrın 3-də Azərbaycanda ilk dəfə fəaliyyətə başlayan Beynəlxalq Maarif Məktəblərinin açılış mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, açılış tədbirində elm və təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və digər dövlət rəsmiləri iştirak edib.

Bildirilib ki, təhsil müəssisəsi iki mühafizə, bir inzibati və dörd tədris binasından ibarətdir. Məktəb ağıllı lövhələrlə quraşdırılmış sinif otaqları, laboratoriyalar, emalatxanalar, idman zalı, konfrans zalı və yeməkxana ilə təmin olunub.

Beynəlxalq Maarif təhsil standartına əsasən məktəbəqədər, ibtidai, orta və tam orta təhsil imkanları təklif edən təhsil müəssisəsində əsas fənlərlə yanaşı, dərsdənkənar məşğələlər də keçiriləcək. Ana dilində tədris imkanları təklif edən təhsil müəssisəsində türk, ingilis, rus və ispan dillərinin də akademik səviyyəyədək öyrədilməsi mümkündür. Türk dilindən bilik səviyyəsi B2 olan şagirdlərə Türkiyədə təqaüdlə təhsil imkanları təklif olunur. Ümumilikdə isə Maarif məzunları Türkiyənin dövlət universitetlərinə daxil olduğu zaman təhsil haqqından tamamilə azad olur.

Qeyd edək ki, Maarif Vəqfi xaricdə Türkiyə adından təhsil müəssisələri açma səlahiyyətinə malik dövlət qurumudur. Dünyanın 67 ölkəsində 429 Beynəlxalq Maarif Məktəbində 50 000-ə yaxın şagird təhsil alır.

Xəbər lenti