Logo

BSU-nun əcnəbi tələbələri Şuşada olublar - FOTO

03.10.2022 11:38 267 baxış
IMG

Oktyabrın 1-də Bakı Slavyan Universitetinin (BSU) əcnəbi tələbələri Qeyri-Hökümət Təşkilatlarının (QHT) Dövlət Dəstəyi Agentliyi tərəfindən həyata keçirilmiş “Şuşa ili” xüsusi qrant müsabiqəsinin qalibi olan “İqtisadi və Sosial Araşdırmalara Yardım” İctimai Birliyinin (İSAY İB) təşəbbüsü, həmçinin Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə “Biz Şuşanın səfiriyik” adlı layihə çərçivəsində Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfər ediblər.

Tehsil.biz xəbər verir ki, səfərdə Türkiyə, Çin,Türkmənistan vətəndaşlari olan dörd nəfər BSU tələbəsi iştirak edib.

Səfər çərçivəsində əcnəbi tələbələr Füzuli hava limanı, Zəfər yolu, Cıdır düzü, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Qala divarları, Şuşa real məktəbi, Gövhər ağa məscidini ziyarət ediblər.

Tələbələrə Qarabağın tarixi, işğal zamanı Azərbaycanlılara qarşı törədilən vandalizm faktı, 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərinin qəhrəmanlığı və şanlı zəfər barədə ətraflı məlumat verilib.

Xəbər lenti