Logo

AzMİU Türkiyənin Bilkent Universiteti ilə əməkdaşlıq edəcək

03.10.2022 13:04 295 baxış
IMG

Türkiyənin Bilkent Universitetinin rektoru professor Kürşat Aydoğan və həmin universitetin prorektoru professor Ezhan Karaşan Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olublar.

Tehsil.biz xəbər verir ki, əvvəlcə qonaqlar və AzMİU-nun rəhbərliyi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

AzMİU-da iki universitet arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və Bilkənd Universitetinin rektoru professor Kürşat Aydoğan imzalayıblar.

Müqavilədə hər iki universitetin akademik heyət, tələbə və tədqiqat qrupları arasında əməkdaşlıq niyyətinin olduğu qeyd edilib. Bundan əlavə, universitetlər qarşılıqlı maraq çərçivəsində bir sıra prinsip üzrə razılığa gəliblər:

- Təhsil sahəsində birgə proqramların tədqiqi və inkişafı;

- Beynəlxalq, regional və milli layihələrdə birgə iştirak;

- Tələbə, müəllim və akademik heyətin mübadiləsi;

- Əvvəlcədən razılaşdırılmış mövzular üzrə birgə elmi konfranslar, seminarlar, simpoziumlar, dəyirmi masaların təşkili;

- Qarşılıqlı maraq doğuran sahələr üzrə birgə tədqiqat layihələrinin təşkili və həyata keçirilməsi;

- Elm və tədris məqsədləri üçün istifadə oluna biləcək tədqiqat və elmi məlumatların mübadiləsi;

- Ali təhsilin keyfiyyətini yaxşılaşdırmaq üçün institusional əlaqələrin inkişaf etdirilməsi.

Müqavilə imzalandıqdan sonra qonaqlar AzMİU-nun tədris korpusları və elmi-tədqiqat laboratoriyaları ilə tanış olub, professor-müəllim heyəti, tələbələrlə söhbət ediblər.

Xatırladaq ki, AzMİU-nun dünyanın 100-dən çox nüfuzlu universiteti ilə əməkdaşlıq və 6 ikili diplom proqramı müqaviləsi mövcuddur.

Xəbər lenti