Logo

BDU-da “Azərbaycan filmləri XXI əsrin yaddaşında” adlı intellektual yarış keçirilib

03.10.2022 13:33 254 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrinin könüllülərinin birgə təşkilatçılığı ilə “Azərbaycan filmləri XXI əsrin yaddaşında” adlı intellektual yarış keçirilib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Yarışın keçirilməsində məqsəd milli-mənəvi dəyərləri özündə birləşdirən Azərbaycan filmləri haqqında tələbələri maarifləndirmək, onların dünyagörüşlərinin formalaşmasına yardım etməkdir.

Ümumilikdə 12 fakültənin tələbələrinin iştirak etdiyi yarışda I yeri Kimya, II yeri Beynəlxalq münasibətlər və iqtisadiyyat, III yeri isə Kitabxanaçılıq-informasiya və Filologiya fakültələrinin komandaları qazanıblar.

Sonda qalib komandalara sertifikat və mükafatlar təqdim olunub.

Xəbər lenti