Logo

Məktəbəhazırlıq qruplarında tədris başladı - YENİLƏNİB

03.10.2022 14:26 310 baxış
IMG

Oktyabrın 3-də 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, cari tədris ilində ölkə üzrə ümumilikdə 90  mindən çox uşaq məktəbəhazırlıq qruplarında təhsilə cəlb olunub.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarında məşğələlər həftədə 4 gün keçilir.

09:00

Bu gündən 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında tədris prosesi başlayacaq.

Tehsil.biz xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Oktyabrın 1-i və 2-si şənbə-bazar gününə təsadüf etdiyindən məktəbəhazırlıq qruplarında tədris prosesinin başlamasının tarixi dəyişib.

Xəbər lenti