Azərbaycan Cüdo Federasiyasının 50 illik yubileyi münasibətilə Azərbaycan cüdosunun inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib.
Tehsil.biz xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncamla Həsənov Tərlan Əliheydər oğlu və Rəcəbli Əhməddin İzət oğlu “Şöhrət” ordeni, Kələntərov Ceyhun Musa oğlu isə “Tərəqqi” medalı ilə mükafatlandırılıb.
Eyni zamanda Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Cüdo Federasiyasının 50 illik yubileyi münasibətilə Azərbaycan cüdosunun inkişafında xidmətləri olan bir qrup idman mütəxəssisinə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib. Bunlar Məmmədli Elnur Çingiz oğlu və Qarayeva Sevda Qiyas qızıdır.