Logo

TKT imtahanlarına qeydiyyat elan edilir

03.10.2022 16:49 339 baxış
IMG

Dövlət İmtahan Mərkəzi TKT (Teaching Knowledge Test) imtahanlarına qeydiyyat elan edir.

Tehsil.biz xəbər verir ki, “Cambridge University Press & Assessment” beynəlxalq qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olan DİM ingilis dili müəllimlərinin xarici dil bacarıqlarını beynəlxalq səviyyədə təsdiq edən TKT (Teaching Knowledge Test) kvalifikasiyasının aşağıdakı modulları üzrə imtahan təşkil edir:

• TKT Modul 1
• TKT Modul 2
• TKT Modul 3
• TKT Module YL (azyaşlı öyrənənlər)
• TKT Module CLIL (dilin məzmunla inteqrativ tədrisi) 

İmtahan 17 dekabr  2022-ci il tarixində keçiriləcək. Son qeydiyyat tarixi 3 noyabr 2022-ci ildir.

Xatırladaq ki, DİM “Cambridge University Press & Assessment” rəsmi test mərkəzlərindən biri olaraq Cambridge English Qualifications (Cambridge İngilis dili üzrə Qiymətləndirmə), Cambridge English Teaching (Cambridge İngilis dili üzrə Tədris) və LinguaSkill imtahanlarını təklif edir.

2022-ci ilin sonunadək DİM-də keçiriləcək Kembric imtahanlarının tarixlərini keçiddən istifadə edərək əldə edə bilərsiniz.

Əlavə məlumat üçün [email protected]  elektron poçtu ünvanına suallarınızı ünvanlaya bilərsiniz.

Xəbər lenti