Logo

Rektor ATU-nun klinikasında müalicə alan qazini ziyarət etdi - FOTO

03.10.2022 17:00 315 baxış
IMG

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 44 günlük Vətən müharibəsi iştirakçıları, qazilərimizin müalicəsi aparılır.

Tehsil.biz xəbər verir ki, bu gün universitetin rektoru professor Gəray Gəraybəyli hazırda klinikada müalicə alan qazi Natiq Salahovu ziyarət edərək onun səhhəti, müalicəsinin gedişi ilə maraqlanıb. Rektor Gəray Gəraybəyli bildirib ki, Şanlı Zəfəri bizlərə bəxş edən müharibə iştirakçılarına diqqət və qayğı göstərmək vətəndaş olaraq hər birimizin ən ümdə işi olmalıdır və klinikanın əməkdaşları bu gənclərin sağlamlıqlarına qovuşması üçün əlindən gələni əsirgəmirlər. 44 günlük Vətən müharibəsində iştirak edən bütün hərbçilərimizin onun üçün doğma və əziz olduğunu qeyd edən rektor  qazimizə tezliklə sağlamlığına qovuşmasını arzulayıb.

ATU-nun Travmatologiya və ortopediya kafedrasının müdiri, dosent Cəfər Nəsirli rektora müalicənin gedişi ilə bağlı ətraflı məlumat verib. Xatırladıb ki, Natiq Salahov torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdən birində ağır yaralanıb və hər iki ayağını itirib. Qazilərimizə bağlı həyata keçirilən geniş miqyaslı dəstək tədbirlərinin çərçivəsində Natiq üçün xüsusi protez sifariş verilib və hazırda xəstə həmin protezlə bütün hərəkətləri icra edə bilir. Həkim Əməliyyatın uğurla keçdiyini, qazımızın hərəkətlərində heç bir problem yaşamaması üçün ona hər cür yardım göstərildiyini bildirib.

Qeyd edək ki, Natiq Salahov Vətən müharibəsində ağır yaralanıb və iki ayağını itirib. Dövlətimizin xüsusi qayğısı ilə həyata keçirilən geniş miqyaslı dəstək tədbirlər çərçivəsində bütün qazilərimizin müalicəsi aparılır və reabilitasiya xidmətləri göstərilir.

Xəbər lenti