Logo

Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində təyinat olub

03.10.2022 17:11 316 baxış
IMG

Xanbaba Hüseynov Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi direktorunun elmi işlər üzrə müavini təyin olunub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

O, bu gündən işə başlayıb.

Qeyd edək ki, X.Hüseynov 1981-1987- illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika ixtisası üzrə təhsil alıb. Daha öncə isə Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru kimi fəaliyyət göstərib. O, sentyabrın 30-da tutduğu vəzifəsindən azad edilmişdi. Onun yerinə isə İlqar Ramiz oğlu təyin edilib.

Xəbər lenti