Logo

LDU Erasmus+ proqramı üzrə iki layihənin tərəfdaşı oldu

03.10.2022 17:45 174 baxış
IMG

Lənkəran Dövlət  Universiteti (LDU) Erasmus+ proqramı üzrə iki layihənin  tərəfdaşı olub.

Bu layihələrdən biri Azərbaycan Dövlət İqtisad Universitetinin koordinatorluq etdiyi  REFRESH (Azərbaycan Universitetlərində yaşıl və davamlı qlobal iqtisadi təkmilləşdirmə: bərpa olunan enerji və iqlim dəyişikliyinin azaldılması) Erasmus+ KA2 layihəsidir. Qeyd edək ki, LDU-nun  tərəfdaş olduğu bu  layihədə 15 Azərbaycan universiteti təmsil olunur. Layihənin məqsədi Azərbaycan universitetlərində yaşıl və davamlı iqtisadi təkmilləşdirmənin inkişafına nail olmaqdır.

LDU-nun tərəfdaş olduğu digər layihə Xəzər Universitetinin koordinatorluq etdiyi DIRNA (Azərbaycanda İnstitusional Repozitorlar Şəbəkəsi vasitəsilə Tədqiqat Bacarıqlarını İnkişaf etdirilməsi ) layihəsidir. 8 Azərbaycan universitetinin iştirak etdiyi layihə bütün diqqəti 8 ali təhsil müəssisəsi üzərində toplamaqla, İnstitusional Repozitorlar Şəbəkəsinə açıq girişin təmin edilməsi yolu ilə tədqiqat nəticələrinin idarə edilməsi üzrə potensial yaratmaq məqsədi daşıyır.

Qeyd edək ki, bu iki layihədə tərəfdaş kimi iştirak Lənkəran Dövlət Universitetində təhsilin modernləşdirilməsinə, müasir tələblər səviyyəsinə qaldırılmasına, nəzəriyyə ilə praktiki vərdişlərin üst-üstə düşməsinə imkan yaradacaq.

Xəbər lenti