Oktyabrın 3-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov Kürdəmir şəhərində həmin rayon qeydiyyatında olan sakinləri qəbul edib.
Tehsil.biz xəbər verir ki, keçirilən qəbulda vətəndaşlar əsasən işlə təmin olunma, dərs yükünün bölgüsü, əmək müqaviləsinin uzadılması və digər məsələlərlə bağlı müraciət ediblər.
İdarə müdiri qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində idarənin aiddiyatı üzrə struktur bölmələrinin rəhbərlərinə konkret tapşırıqlar verib.