Logo

Azərbaycan, ingilis, fransız dilləri və informatika fənləri üzrə işçi qruplarının iclasları keçirilib

03.10.2022 18:51 215 baxış
IMG

Bu gün Dövlət İmtahan Mərkəzində Azərbaycan dili, ingilis dili, fransız dili və informatika fənləri üzrə işçi qruplarının iclasları keçirilib.

Tehdil.biz xəbər verir ki, gündəlik məsələ respublikanın ümumtəhsil müəssisələrində 2022-2023-cü tədris ili üçün istifadəyə verilmiş, təkmilləşdirilmiş 7 və 10-cu sinif dərsliklərinin təhlili olub.

Dərsliklərdəki yeniliklər, dəyişikliklər təhlil edilib. 2023-cü ildə 9 illik (ümumi orta) və 11 illik (tam orta) təhsil bazasından buraxılış, həmçinin ixtisas qrupları üzrə qəbul imtahanlarında dərsliklərdəki yeniliklər nəzərə alınmayacaq. Çünki imtahan verəcək şagirdlər və abituriyentlər tədris prosesində həmin dərslikləri keçməyiblər.

Növbəti iclaslarda müzakirələr davam edəcək.

Xəbər lenti