Logo

“SABAH” qruplarının “Şuşa İli“nə həsr olunan bilik yarışının finalı BDU-da keçiriləcək

03.10.2022 19:42 290 baxış
IMG

Elm və Təhsil Nazirliyinin “SABAH” qrupları layihəsi çərçivəsində “Şuşa İli“nə həsr olunan təhsil, İT və mühəndislik üzrə bilik yarışlarına start verilib.

Tehsil.biz xəbər verir ki mərhələdən ibarət olan bilik yarışmasında Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) müəllimlik ixtisasında təhsil alan “SABAH” qrupları tələbələri iştirak ediblər. Təhsil üzrə bilik yarışmasının birinci mərhələsi oktyabrın 1-də Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Memarlıq və İnşaat universitetlərində keçirilib. Birinci mərhələdə Azərbaycan tarixi, Azərbaycan dilində işgüzar və akademik kommunikasiya, metodika və pedaqogikaya dair 50 qapalı sual istifadə olunub. Beş açıq tipli sual əsasında təşkil olunacaq ikinci (final) mərhələ isə oktyabrın 8-də BDU-da keçiriləcək.

Təhsil üzrə bilik yarışının təşkil edilməsində məqsəd istedadlı tələbələrin aşkar edilməsi, onların təhsil və elmə olan maraqlarının daha da stimullaşdırılması, sağlam rəqabət şəraitində öz bilik və bacarıqlarını nümayış etdirməsi və müvafiq ixtisaslar üzrə müxtəlif ali təhsil müəssisələrinə “SABAH” qrupları tələbələrinin inteqrasiya edilməsidir.

Xəbər lenti