Oktyabrın 2-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsilalan IX-XI sinif şagirdləri arasında istedadlı şagirdlərlə işin təşkili məqsədilə test imtahanı keçirilib.
Tehsil.biz xəbər verir ki, ümumilikdə 1000 nəfərə yaxın şagirdin iştirak etdiyi test imtahanında keçən il şagird nailiyyətlərinin yekun qiymətləndirilməsində ən azı 80% nəticə əldə etmiş şagirdlər iştirak ediblər.
İlk olaraq Azərbaycan dili və ədəbiyyat, tarix fənləri üzrə keçirilən test imtahanlarının növbəti həftələrdə təbiət və texniki fənlər üzrə keçirilməsi nəzərdə tutulur.
Test imtahanlarının keçirilməsində məqsəd istedadlı şagirdlərin aşkara çıxarılması, onlarla işin düzgün qurulması və inkişaflarının təmin edilməsindən ibarətdir.