Logo

15 yaşlı gənci intihar həddinə çatdıran şəxs HƏBS EDİLDİ

03.10.2022 20:33 210 baxış
IMG

Yevlaxda yeniyetməni intihar həddinə çatdıran şəxs həbs edilib.

Tehsil.biz rayon prokurorluğuna istinadən xəbər verir ki, sentyabrın 29-da Yevlax sakini, 2007-ci il təvəllüdlü Ramil Əliyevin (şərti ad və soyad) Yevlax-Bərdə yolunun üzərində quraşdırılmış körpünün üzərinə çıxaraq oradan intihara cəhd etməsi faktı ilə bağlı araşdırma aparılıb.

Araşdırmalarla barəsində məhkəmədə  cinayət işi olan Zaur Təhməzovun  Ramil Əliyevə sağlamlığına zərər vurmaq hədəsi ilə hədə-qorxu gəlib barəsində məhkəmədə yalan ifadə verməyə məcbur etməsi səbəbindən sonuncunun intihara cəhd etməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 299.2 (şahidi, zərərçəkmiş şəxsi yalan ifadə verməyə məcbur etmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Zaur Təhməzov Cinayət Məcəlləsinin qeyd edilən maddələri təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam edir.

Xəbər lenti