Logo

Təltif edilən BANM əməkdaşı: "SOCAR-ın Fəxri fərmanına layiq görülmək qürurvericidir"

03.10.2022 21:48 325 baxış
IMG

SOCAR-ın prezidenti Rövşən Nəcəfin əmrinə əsasən, əmək fəaliyyətində fərqləndiyinə görə Fəxri fərmanla təltif olunan Bakı Ali Neft Məktəbinin İngilis dili və humanitar fənlər  mərkəzinin baş müəllimi Nurlana İmanova təəssüratlarını bölüşüb.

"Tehsil.biz"in xəbərinə görə, o bildirib ki, bu fərman SOCAR rəhbərliyi tərəfindən göstərilən böyük etimaddır:

“Mənim əmək fəaliyyətimin yüksək qiymətləndirilməsinə görə SOCAR-ın prezidenti Rövşən Nəcəfə və BANM-in rektoru Elmar Qasımova sonsuz minnətdarlığımı bildirirəm. Göstərilən bu etimad BANM-in rektoru Elmar Qasımovun fədakar əməyinin, uğurlu fəaliyyətinin, BANM-in ən nüfuzlu ali məktəbə çevrilməsində böyük zəhmətinin nəticəsidir. SOCAR-ın Fəxri fərmanına layiq görülmək mənim üçün qürurvericidir”.

Xəbər lenti