İsmayıllıda 15 yaşlı məktəbli bıçaqlanıb.
"Tehsil.biz"in məlumatına görə, hadisə rayonun Xanagah kəndində baş verib.
2003-cü il təvəllüdlü Hafiz Nəbiyev 2007-ci il təvəllüdlü yeniyetməyə bıçaqla xəsarət yetirib. Sonuncu xəstəxanaya yerləşdirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov "Qafqazinfo"ya bildirib ki, hadisəni törədən Hafiz Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb, məhkəmə-tibbi ekspertizası təyin olunub.
Faktla bağlı araşdırma aparılır.