Logo

BDU-nun tələbələri “Hüquq viktorinası”nda qalib olublar

04.10.2022 10:47 357 baxış
IMG

Baş Prokurorluq tərəfindən Hüquq fakültələrində təhsil alan tələbələr arasında “Hüquq viktorinası” adlı müsabiqə keçirilib.

Tehsil.biz xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd hüquqi biliklərin təbliği, gənc hüquqşünasların ilkin peşə vərdişlərinin formalaşdırılması, eləcə də prokurorluq orqanları ilə hüquq ictimaiyyəti, ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsidir.

Müsabiqədə Bakı Dövlət Universitetinin (BDU) Hüquqşünaslıq fakültəsinin və SABAH qruplarının Hüquqşünaslıq ixtisası tələbələrinin birgə komandası da iştirak edib.

Yarışmada komandalar tərəfindən Konstitusiya, Cinayət və Cinayət-prosessual hüquq fənləri üzrə, habelə dünyagörüşünü müəyyənləşdirən mövzulara aid suallar cavablandırılıb. Müsabiqənin növbəti mərhələsində isə komandaların kapitanları arasında yarışma keçirilib.

Müsabiqənin ilk mərhələsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının yığma komandası I yerə, BDU-nun komandası isə II yerə layiq görülüb.

Kapitanlar arasında aparılan yarışma mərhələsində isə SABAH qruplarının Hüquqşünaslıq ixtisasının IV kurs tələbəsi Nərmin Sadıqova qalib gəlib.

Xəbər lenti