Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə Azərbaycan Texnologiya Universiteti (UTECA) arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında təlimlərə start verilib.
Tehsil.biz xəbər verir ki, təlimlər TKTA-nın Təlim və metodologiya şöbəsi tərəfindən UTECA-da keçirilir.
Təlimlərin əsas məqsədi Azərbaycan Texnologiya Universitetinin akademik və inzibati heyətinə daxili keyfiyyət təminatı sisteminin səmərəli təşkili, eləcə də sillabusların tərtibi, təlim nəticələrinin formalaşdırılması və qiymətləndirilməsinə dair məlumat verməkdir.
Təlimlərdə UTECA-nın bir sıra inzibati və akademik heyəti iştirak edir. Təlimlərin 5 gün davam edəcəyi nəzərdə tutulub.
Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlərin təşkili TKTA-nın əsas fəaliyyət istiqamətlərindən biridir.