İnformasiya Texnologiyaları İnstitutu “İKT sferasında müvafiq sahələrdə çoxişlənilən termin və anlayışlar üzrə izahlı lüğətlərin hazırlanması məsələləri” mövzusunda elmi seminar keçirib.
İnstitutdan bildirilib ki, məruzəni təqdim edən şöbənin əməkdaşı Südabə Abasova lüğətlərin növləri barədə məlumat verib.
Məruzəçi informatika üzrə lüğətlərdən də bəhs edib, Azərbaycan dilində “İnformatika terminlərinin izahlı lüğəti”nin İKT üzrə milli terminologiyanın yaradılması sahəsində böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Əlavə edib ki, beş minədək terminin toplandığı ensiklopedik nəşr informasiya texnologiyalarının müxtəlif sahələrini – proqram təminatı, aparat vasitələri, şəbəkələr, verilənlərin saxlanılması, qrafika, oyunlar, informasiyanın emalı, internet, tarix, jarqon ifadələr, təşkilatlar, proqramlaşdırma və standartlara dair terminləri əhatə edir.