"Bu gün məktəblərlə yanaşı, həm də dərnəklər də açılır”.
Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkədəki hesabında bildirib:
Məktəblərdə dərnəklər "Ümumtәhsil mәktәblәrindә dәrnәklәrin tәşkili Qaydası”na əsasən fəaliyyət göstərir.
"Xüsusi karantin rejimi dövründə isə dərnəklər təşkil edilərkən məktəbdə sərbəst işləmək üçün otaqların olması və bu otaqların yeni sanitariya-gigiyena qaydalarına uyğunluğu nəzərə alınır (Təhsil Nazirliyinin 4.09.2020 tarixli, 02-14-640/B nömrəli "Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində tədris prosesinin təşkilinə dair metodik göstərişlər).