Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyinin nümayəndələri Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olublar.
Tehsil.biz xəbər verir ki, qonaqlarla görüşən Universitetin rektor əvəzi Zəfər Qurbanov ADAU ilə ABŞ-ın ali təhsil müəssisələri arasında sıx əməkdaşlıq əlaqələrinin olduğunu diqqətə çatdırıb. O bildirib ki, Aqrar Universitetdə professor-müəllim heyətinin və tələbələrin ingilis dili biliklərinin təkmilləşdirilməsi üçün xarici mütəxəssislərin təcrübəsinin öyrənilməsinə ehtiyac var.
Sonra qarşılıqlı əməkdaşlıq perspektivləri və müəllim-tələbə mübadiləsi məsələləri müzakirə olunub.
Çıxış edən qonaqlar Aqrar Universitetdə olmaqdan məmnun olduqlarını ifadə edərək, burada fəaliyyət göstərən əməkdaş və tələbələrin ingilis dili biliklərinin inkişaf etdirilməsi üçün təkliflər irəli sürüblər.