Şagirdlər müəllim dərsə gəlmədiyi üçün vaxtdan “səmərəli” istifadə ediblər. Belə ki, onlar sinif otağına elektrik plitəsi gətirib və pomidor-yumurta bişiriblər. Sonra da bu əyləncəli dəqiqələrin videosunu çəkərək paylaşıblar.
Tehsil.biz "Yeni Sabah"a istinadən xəbər verir ki, hadisənin Bakı şəhəri, Xətai rayonu, 48 nömrəli tam orta ümumtəhsil məktəbində baş verdiyi bildirilir.
Sözügedən görüntüləri təqdim edirik: