Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin bir qrup tələbəsi Hərbi Qənimətlər Parkında ekskursiyada iştirak ediblər.
Bu barədə "Tehsil.biz"ə fakültədən məlumat verilib.
Tələbələrə Vətən müharibəsində şanlı Ordumuzun erməni hərbi birləşmələrindən qənimət götürdüyü texnikalar, artilleriya qurğuları, digər müxtəlif hərbi sursatlar barədə məlumat verilib.
Ekskursiya tələbələrdə vətənpərvərlik duyğusunu gücləndirmək, düşmənə qarşı nifrət hisslərini daha da artırmaq məqsədi daşıyır.